DİN Bakıda yol polisinin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb

DİN Bakıda yol polisinin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb
# 14 noyabr 2014 10:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda yol polisinin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb. APA-nın nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 14-də saat 01 radələrində Nərimanov rayonunun Yusif Vəzir Çəmənzəminli küçəsində Qusar rayon sakini Elman Beybutov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə həmin ərazidə xidmət aparan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis kiçik serjantı Yaşar Qocalını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılaraq onun sərxoş halda olması müəyyən edilib.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR