® Yeni “Toyota Camry” artıq Azərbaycanda

<font color=red>® </font> Yeni “Toyota Camry” artıq Azərbaycanda
# 06 noyabr 2014 11:00 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Noyabr ayının 4-də Bakıda yeni “Toyota Camry” modelinin təqdimat mərasimi olub.

APA-Economics”in xəbərinə görə, təqdimat Bakıda yerləşən “Four Seasons” otelində dəbdəbəli şəkildə baş tutub.

Tədbiri açılış nitqi ilə açan “Toyota Bakı Mərkəzi”nin baş direktoru Mustafa Abbasbəyli iştirakçılara şirkət haqqında bilgilər verib və Yeni “Toyota Camry”nin regionda ilk olaraq Azərbaycanda nümayiş etdirildiyi üçün çox şad olduğunu deyib.

Toyota Camry şərqi avropada ən çox satılan modellərdən biridir. Bu model 2011-ci ildə bütün dünyada olduğu kimi Azərbaycanda da nümayiş olunub və 32 illik irsin 7-ci nəsli sayılır.

D/E seqmentinin satış üzrə lideri olan “Toyota Camry”, 80-dən çox ölkədə, 16 milyondan çox satılıb. Ümumiyyətlə “Toyota” Azərbaycanda ən çox tanınmış və satılmış modellərdən biridir.

“Toyota Camry”ni irsi davamlılığı, rahatlığı və keyfiyyətinə görə Azərbaycanda premium avtomobillər siyahısına daxil etmək olar.

“Toyota Camry” modeli 10 ədəd dinamikli JBL Matrix Premium səs sistemi ilə sürücüyə tam fərqli zövq bəxş edir.

Yeni “Toyota Camry”nin zahiri görünüşü 7 rəng çalarında olacaq. Onlardan boz metalik və tünd göy metalik modelin yeni rəngləridir.

Yeni “Camry”də aşağıdakı yenilikləri sıralamaq olar:

  • Yeni radiator barmaqlığı.
  • Diodla təchiz edilmiş yeni ön və arxa optika.
  • Yeni ön və arxa bamperlər.
  • Yeni dizaynlı sükan.
  • Yeni monitor.
  • Yeni dizaynlı klimat kontrol.

Təqdimat mərasimində lotereya oyunu keçirilib. Bu üç mərhələli oyunda uduş yeni “Toyota Camry” üçün 1000 manat, 2000 manat, 3000 manat endirim sertifikatları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR