Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı ərizə qəbulu bu gün bitir

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı ərizə qəbulu bu gün bitir
# 20 avqust 2014 09:55 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı aparılan elektron ərizə qəbulu bu gün bitir.

BŞTİ-dən APA-ya verilən məlumata görə, avqustun 19-na qədər qeydiyyatdan keçən 2697 nəfər müsahibələrdə iştirak edib, 98 nəfər isə iştirak etməyib.


Müsahibələrdə iştirak edən uşaqların 1515 nəfəri I sinfə qəbul olub, 1182 nəfər isə müsahibədən keçə bilməyib.

Hazırda 3448 nəfər qeydiyyatdan keçib.

Qeydiyyat avqustun 20-dək, müsahibələr isə sentyabrın 10-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR