Rusiya bu il neft ixracatından 7 milyard dollara yaxın gəlir itirib

Rusiya bu il neft ixracatından 7 milyard dollara yaxın gəlir itirib
# 10 noyabr 2014 15:35 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın neft ixracatı dəyər həcmində ötənilki dövrlə müqayisədə 5,2 faiz azalıb.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, Rusiyanın bu dövrdəki neft ixracatı 121,369 milyard dollar təşkil edib. Fiziki həcmdə isə RF-nin neft ixracatında eniş 5,1 faiz olub, 175,43 milyon tondan 166,299 milyon tona düşüb.

Əsas neft ixracatı uzaq xaricin payına (114,507 milyon dollar) düşüb, lakin bu rəqəm də keçənilki dövrlə müqayisədə 4,2 faiz az olub. Rusiyanın MDB ölkələrinə neft ixracatı isə 1,84 faiz azalma ilə 6,862 milyard dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR