Estoniyanın xarici işlər naziri “Şərq tərəfdaşlığı” proqramına yenidən baxılmasını zəruri sayır

Estoniyanın xarici işlər naziri “Şərq tərəfdaşlığı” proqramına yenidən baxılmasını zəruri sayır
# 10 dekabr 2013 10:00 (UTC +04:00)

APA-nın “İnterfaks Zapad” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Estoniyanın xarici işlər naziri Urmas Paet deyib. O bildirib ki, proqram iştirakçısı olan 6 dövlətin durumu lap əvvəldən çox fərqli olub və Vilnüs sammitindən sonra bu fərq daha aydın ortaya çıxıb.

U. Paetin fikrincə, AB tərəfdaş ölkələrin fərqliliklərini nəzərə almaqla öz siyasətini davam etdirməli və hər dövlət üçün onların özünün nə istədiyi, nəyə hazır olduğu və daxili inkişafda hansı mərhələyə çatdığı nəzərə alınmaqla konkret proqramlar hazırlanmalıdır: “Bu proqram daha fərdi olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR