Ukraynada keçiriləcək prezident seçkilərində Regionlar partiyasının namizədi Sergey Tiqipko olacaq

Ukraynada keçiriləcək prezident seçkilərində Regionlar partiyasının namizədi Sergey Tiqipko olacaq
# 22 fevral 2014 23:55 (UTC +04:00)

APA-nın “RBK Ukrayna”-ya istinadən verdiyi məlumata görə, bu barədə adının açıqlanmasını istəməyən yüksək rütbəli partiya funksionerlərindən biri bəyan edib.

"Nə Azarov, nə də gənc nəslin nümayəndələri partiyanı təmsil edə bilməzlər”, deyə mənbə bildirib. Onun sözlərinə görə Tiqipkonu artıq əksər partiya strukturları dəstəkləyir.

Qeyd edək ki, Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko ölkədə mayın 25-də keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR