Sabah Azərbaycan ərazisində dəyişkən buludlu hava şəraiti olacaq

Sabah Azərbaycan ərazisində dəyişkən buludlu hava şəraiti olacaq
# 01 dekabr 2013 12:34 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Bakı və Abşeron yarımadasında dekabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 7-10, gündüz 14-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 2-də hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR