Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib - FOTOSESSİYA

Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 12 dekabr 2013 07:54 (UTC +04:00)

Bakı-APA. Dekabrın 11-də Heydər Əliyev Mərkəzində Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin təqdimatında Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib.

Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, Rusiya Federasiyasının xalq artisti Dmitri Lissin dirijorluğu ilə keçən konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlanıb. Sonra Dmitri Liss çıxış edərək bildirib ki, proqrama daxil edilmiş Azərbaycan və digər ölkələrin bəstəkarlarının əsərləri dahi şəxsiyyət Heydər Əliyevin dinlədiyi, sevdiyi əsərlər olub: “Bu konsert bizim üçün xüsusilə təsirlidir. Ona görə ki, orkestrin üzvlərinin əksəriyyəti vaxtilə şəxsən ulu öndər Heydər Əliyevlə görüşmüş insanlardır. Həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə orkestrin bədii rəhbəri və baş dirijoru Vladimir Fedoseyev arasında səmimi münasibətlər olub”.

Konsert proqramında Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Niyazinin əsərləri səslənib. Tamaşaçılara, həmçinin dünya klassikası – İohannes Brams, Frans Vaksman, Vinçenso Bellini, Cakomo Puççini, Pyotr Çaykovski, Sergey Raxmaninov və Georgi Sviridovun ölməz əsərləri təqdim olunub. Proqramda orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov, əməkdar artisti Aygün Zeynalova, solist Afaq Abbasova və skripkaçı Elvin Qəniyev çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR