Ramiz Həsənov: “Patent sisteminin dünyada elmin, sənayenin və iqtisadiyyatın inkişafına stimullaşdırıcı təsiri artır”

Ramiz Həsənov: “Patent sisteminin dünyada elmin, sənayenin və iqtisadiyyatın inkişafına stimullaşdırıcı təsiri artır”
# 26 aprel 2014 11:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Müasir sənayenin rəqabətliyini artırmaq investisiyaların həcmi ilə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir. Sənayenin effektliyinə təsir dən bir çox iqtisadi və sosial faktorlar siyahısında texniki yeniliklər, ixtiralar, faydalı modellər əsas amillər kimi qiymətləndirilir”. APA-nın xəbərinə görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov “Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

R. Həsənov bildirib ki, qeyd olunan intellektual komponentlər qeyri-maddi istehsal proseslərinin effektivliyini, səmərəliliyini artırmaqla bərabər sənaye məhsullarına əlavə istehlak xüsusiyyətləri verir, dünya bazarında daha da uğurlu nəticələrə yol açır: “Bu isə öz növbəsində əqli mülkiyyətlə obyektləri üzərində müstəsna halların qorunması mexanizmini, patent sisteminin rolunu günbəgün artırır. Patent sisteminin dünyada elmin, sənayenin və ümumiyyətlə, iqtisadiyyatın inkişafına stimullaşdırıcı təsiri artır. Patent sistemi fəaliyyət nəticəsində hüquqları müəyyən etməklə nail olunan texniki səviyyənin rəqabət qabiliyyətini təmin edir, uzunmüddətli elmi-texniki araşdırmalara yönələn investisiyalara zəmanətli şərait yaradır”.

R. Həsənov qeyd edib ki, əqli mülkiyyət hüquqları ixtiraçıya və ya elmi araşdırma mərkəzinə intellektual fəaliyyətindən mənfəət əldə etməyə zəmanət verən mexanizmdir. O qeyd edib ki, ixtiraçıların, patent sahiblərinin uğurla əqli mülkiyyətlərinin təsərrüfatda, sənayedə tətbiq olunmasından asılıdır: “Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarə olunması üçün normativ hüquqi baza yaradılıb. Nəticədə ölkə sənayesi ilə ixtiraçılar, yeni texnologiyalar üzərində müstəsna hüquq sahibləri arasında münasibətlərin tənzimlənməsi, bununla da innovasiyaların sənayedə daha da geniş tətbiq edilməsi üçün bütün lazımi hüquqi şərait yaradılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR