Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar
# 09 aprel 2014 09:57 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsman Aparatının əməkdaşları aprelin 8-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında olub, Müvəkkilə müraciət edən, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Bakı ofisinin nümayəndələri tərəfindən Ombudsman Aparatına ünvanlanmış müraciətdə adları çəkilən saxlanılan şəxslərlə görüşüblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Ombudsmanın nümayəndələri həmin şəxslərin təcridxanada saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.

Bakı İstintaq Təcridxanasında 30-dan çox saxlanılan şəxs qəbul edilib, onların şikayətləri dinlənilib.

Qəbul edilmiş şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı şikayət daxil olmayıb.

Həmin şəxslərə müraciətləri ilə bağlı müvafiq hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib, bir neçə saxlanılan şəxsə isə onların şikayətləri ilə əlaqədar araşdırma aparılması üçün müvafiq orqanlara müraciət ediləcəyi bildirilib.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR