Zaqatala rayonunda küllü miqdarda narkotik bitki məhv edilib

Zaqatala rayonunda küllü miqdarda narkotik bitki məhv edilib
# 06 iyun 2013 07:09 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada küllü miqdarda narkotik tərkibli bitki məhv edilib. Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala rayon PŞ-nin əməkdaşları rayon ərazisində bitən narkotik tərkibli bitkilərin yerini müəyyən edərək məhv edilməsi istiqamətində “Xaşxaş-2013” şərti adı altında əməliyyat tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində rayonun Uzuntala inzibati ərazisinin “Bülüş” deyilən sahəsinin 1 hektar əkin üçün yararsız olan hissəsində yabanı halda bitmiş narkotik tərkibli bitki hesab edilən çətənə kolu aşkar edilib. Rayon PŞ-nin əməkdaşlarının və bir qrup Uzuntala kənd sakinlərinin iştirakı ilə ərazidən ümumi çəkisi 4060 kiloqram olan 8750 ədəd narkotik tərkibli bitki olan çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib. Zaqatala RPŞ-dən bildirilib ki, rayon müxtəlif ərazilərində bitən narkotik tərkibli bitkilərin yerinə müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR