İsrail XİN: “Nazirliyin əməkdaşları hər gün işə çıxsalar da, vəzifələrini yerinə yetirmirlər”

İsrail XİN: “Nazirliyin əməkdaşları hər gün işə çıxsalar da, vəzifələrini yerinə yetirmirlər”
# 17 mart 2014 14:48 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. “Heç kim bilmir bu məsələ nə vaxtadək davam edəcək. Biz Maliyyə Nazirliyi ilə danışıqları davam etdiririk. Hər şey onların tələblərimizə nə vaxt diqqət yetirəcəklərindən asılıdır”.

Bunu APA-ya açıqlamasında İsrail Xarici İşlər Nazirliyinin əməkdaşlarının tətil etmələrini şərh edən İsrail XİN-in mətbuat xidmətinin rəhbəri İlana Şteyn deyib.

Onun sözlərinə görə, İsrail xarici siyasət idarəsi nümayəndə heyətlərinin səfərinin təşkili ilə məşğul olmur, bütün layihələr dayandırılıb.

“Məsələn, əgər biz BMT müzakirələrində iştirak etmirik, bu, İsrailin xarici siyasətinə müəyyən təsir göstərir. Səfərlər baş tutmur. Halbuki bu səfərlər zamanı ölkəmizin maraqlarına uyğun sazişlər imzala bilərdi”, - deyə o vurğulayıb.

İ.Şteyn qeyd edib ki, İsrail XİN-in əməkdaşları hər gün işə çıxsalar da, gündəlik vəzifələrini yerinə yetirmirlər.

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfirliyi adi qaydada fəaliyyət göstərir. Lakin səfirliyin konsul şöbəsi martın 4-dən bağlıdır, vizaların verilməsi dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR