Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 23 may 2013 08:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadanı maşın vurub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 22-si saat 23:20 radələrində Buzovna - Mərdəkan yolunda Bakı şəhər sakini Arif Babayev idarə etdiyi «Mercedes» markalı avtomobillə Bəhram Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR