«Atrabank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb

«Atrabank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb
# 29 noyabr 2013 07:08 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında «Atrabank» ASC-nin adi sənədsiz adlı səhmlərinin yeni emissiyasının yerləşdirilməsinə başlanılıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Birjanın məlumatında deyilir.

Səhmlərin nominal dəyəri 400 manat, səhmlərin sayı 100 000 ədəd təşkil edir və beləliklə, emissiyanın həcmi 40 mln. manata bərabərdir. Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 4 dəfə artırılaraq 50 424 800 manata çatdırılacaq.

Yerləşdirmədə anderrayter kimi «Standard Kapital» MMC çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR