Ağstafada kafedə, paytaxtda isə evdə yanğın olub

Ağstafada kafedə, paytaxtda isə evdə yanğın olub
# 16 avqust 2013 03:14 (UTC +04:00)

Bakı-APA. Ötən gün respublikada bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağstafa şəhərində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan "Çinar" kafesinin tavanı 18 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Bakının Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğın baş verib. Nəticədə evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın bütün hallarda yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR