Hindistanda atom elektrik stansiyasının yaxınlığında partlayış törədilib: 6 nəfər ölüb

Hindistanda atom elektrik stansiyasının yaxınlığında partlayış törədilib: 6 nəfər ölüb
# 26 noyabr 2013 22:22 (UTC +04:00)

Bakı-APA. Noyabrın 26-da Hindistanın cənubunda inşa edilən “Kudankulam” atom elektrik stansiyasının yaxınlığındakı İdinthakarai kəndində törədilmiş partlayış nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölən uşaqların yaşı 5-dən az olub. Partlayış nəticəsində iki ev tamamilə uçub. Polis bir neçə bombanın partladıldığını ehtimal edir. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Kudankulam” atom elektrik stansiyası Rusiya-Hindistan əməkdaşlığı çərçivəsində inşa edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR