Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən partlayışla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən partlayışla bağlı məlumat yayıb
# 13 fevral 2014 08:38 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə partlayış hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR