Gəncə sakini dərmandan zəhərlənib

Gəncə sakini dərmandan zəhərlənib
# 29 may 2014 09:55 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə 30 yaşlı qadın dərmandan zəhərlənib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Solmaz Nağıyeva ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Tibbi yardım nəticəsində qadını xilas etmək mümkün olub. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, S. Nağlyeva evdə dərman həbini qəbul edərək zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR