“Azərbaycanın repressiya olunmuş alimləri: biobiblioqrafik göstərici” nəşr edilib - FOTO

“Azərbaycanın repressiya olunmuş alimləri: biobiblioqrafik göstərici” nəşr edilib - <span style="color: red;">FOTO
# 03 iyun 2014 16:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının hazırladığı Azərbaycanın repressiya olunmuş alimləri: biobiblioqrafik göstərici” adlı kitab çapdan çıxıb.

Mərkəzi Elmi Kitabxanadan APA-ya verilən xəbərə görə, kitabın elmi redaktoru Mərkəzi Elmi Kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli, redaktor-biblioqraf direktor müavini Firəngiz Hüseynova, tərtibçilər N.Kazımova və V.Həsənovadır. Azərbaycan və rus dilində təqdim olunan 580 səhifədən ibarət bu kitab 1920-1940-cı illər ərzində repressiya olunmuş Azərbaycan alimlərinin həyat və yaradıcılıqlarına həsr edilib. Burada həmçinin qeyd edilən illər ərzində repressiya edilmiş insanların adlarının siyahısı da əks etdirilib.

Təqdim olunan kitab AMEA üzrə repressiyaya məruz qalmış alimlərin həyatı, elmi fəaliyyəti və faciəli talelərinə həsr olunub. Tərtibçi müəllif­lər Azərbaycan Respublikasının Prezident Arxivində, Respublika Dövlət Arxivində, AMEA-nın arxivində, AMEA-nın MEK-də, M.F.Axundov adına Milli Kitabxanada və onun arxivində, Tarix Çuzeyində, BDU-nun kitabxanasında, Əlyazmalar institutunun müvafiq fondlarında, AMEA-nın Tarix və Ədəbiyyat institut­larının arxivlərində intensiv axtarışlar apararaq, onlarla alimin bioqrafiyasını yazıya alıb, mövcud faktları müxtəlif tərzdə sistemləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR