Ukraynada yaşayan azsaylı xalqlar “Sülh və Həmrəylik Marşı”na start veriblər - FOTO

Ukraynada yaşayan azsaylı xalqlar “Sülh və Həmrəylik Marşı”na start veriblər - <span style="color: red;">FOTO
# 21 iyun 2014 08:21 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ukraynada yaşayan azsaylı xalqlar beynəlxalq “Sülh və Həmrəylik Marşı”na start veriblər.

Ukrayna Milllətlər Assambleyasından (UMA) APA - ya verilən məlumata görə, UMA və Ümumukrayna Xeyriyyə Fondunun təşkilatçılığı ilə Kiyevdə keçirilən toplantıda azsaylı xalqları və müxtəlif dinləri təmsil edən icmalar, hüquq müdafiəçiləri, səfirliklərin nümayəndələri və ictimai xadimlər iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, “Sülh və Həmrəylik Marşı” dinlərin və millətlərin dünyada sülhün formalaşması, dinlərarası və millətlərarası dialoqun inkişafına yönəlmiş beynəlxalq layihədir.

Ukraynada da “Sülh və Həmrəylik Marşı”nın keçirilməsinin əsas məqsədlərindən biri dinlərarası və millətlərarası dialoqun konsepsiyasının yaradılmasıdır. Layihənin icraçı direktoru Ruslan Abdullin bildirib ki, “Sülh və Həmrəylik Marşı” Ukraynada baş verən hadisələr dünyaya doğru məlumatlar çatdıracaq, millətləri birləşməyə, sülhə istiqamətləndirəcək.

Tədbirdə Litva səfirinin müavini Maryus Yanukonis, Ukrayna Milli Ekspert Komissiyasının rəhbəri Vasili Kostitskiy, Ukrayna Yəhudi Forumunun prezidenti Arkadi Monastırskiy, “TUQAN Tel” tatar milli mədəniyyət mərkəzinin rəhbəri Pyotr Şərəfəddinov və digərləri çıxış ediblər.

Ukrayna Qafqaz Xalqları Konqresinin azərbaycanlı rəhbəri, Ukrayna Xarici İşlər Nazirliyi Radasının üzvü Paşa İlisuyskiy (Məmmədov) çıxış edərək bildirib ki, Ukrayna ərazisində yaşayan xalqların arasında həmrəylik ölkənin indiki durumunda çox vacibdir: “Bu gün Ukrayna ərazisində yaşayan xalqların sülh və barışıq naminə həmrəylik göstərməsi dövlət quruculuğuna böyük dəstəkdir”.

Qeyd edək ki, Marşın təşkilatçılarından Ukrayna Millətlər Assambleyasına Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev rəhbərlik edir və Assambleyada 30 milləti təmsil edən 100 təşkilat cəmləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR