Şəkinin iki yaşayış məntəqəsinə qaz verilib

Şəkinin iki yaşayış məntəqəsinə qaz verilib
# 21 mart 2013 10:58 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkinin iki yaşayış məntəqəsinə təbii qaz verilib.

Şəki Şəhər İcra Hakimiyyəti Aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata əsasən, Şəki rayonun Turan qəsəbəsi və Bideyiz kəndi təbii qazla təchiz edilib.

Bu münasibətlə keçirilmiş tədbirlərdə Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, millət vəkili Cavanşir Feyziyev, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Turan qəsəbəsinə təbii qazın verilməsi ilə əlaqədar keçirilmiş tədbirdə bildirilib ki, ilkin olaraq 356 abonenti təbii qazla təmin etmək üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 min 271 metr müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 356 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bideyiz kəndinin qazlaşdırılması münasibətlə keçirilən tədbirdə isə qeyd olunub ki, 159 abonenti olan kəndin qazlaşdırılması üçün ikipilləli sistem əsasında 19 min 659 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla qaz xətləri çəkilib, 4 ədəd qaztənzimləyici şkaf və 159 ədəd sayğac quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR