Britaniya səfiri Qəbələ və Şəkiyə səfər edəcək

Britaniya səfiri Qəbələ və Şəkiyə səfər edəcək
# 28 avqust 2014 08:16 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Sıddıq regionlarla tanışlıq məqsədi ilə bu gün Qəbələyə yola düşəcək.

Bu barədə APA – ya səfirlikdən məlumat verilib.

Səfir Qəbələdə rayon icra başçısı ilə görüşəcək, habelə məcburi köçkünlər və milli azlıqların nümayəndələri ilə görüşlər keçirəcək. Sonra diplomat Şəkiyə yollanacaq.

Xatırladaq ki, bundan öncə səfir İ. Sıddıq Naxçıvan və Gəncə şəhərlərinə səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR