Bakıda şirniyyat müəssisəsi yanır

Bakıda şirniyyat müəssisəsi yanır
# 19 noyabr 2015 11:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində şirniyyat sexi yanır.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən şirniyyat sexində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR