Milli İncəsənət Muzeyində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

Milli İncəsənət Muzeyində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 05 mart 2015 20:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Milli İncəsənət Muzeyində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri Ədalət Vəliyev, Sevda Məmmədəliyeva, xalq artisti Fərhad Bədəlbəyli və başqaları iştirak edib.

Mərasimdə xalq artisti Fərhad Bədəlbəylinin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrinin ifasında konsert təqdim olunub.

Fərhad Bədəlbəyli bildirib ki, konsert proqramı musiqiçilərin xanımlara 8 mart hədiyyəsidir.

Konsert proqramında solistlər Aytac Şıxəlizadə, Emin Bağırov, Ümidə Abbasova və əməkdar artist Sahib Paşazadənin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Musiqi proqramından sonra Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunan qadın obrazına həsr edilmiş əsərlərdən ibarət “Gözəlliyin tükənməz çalarları” adlı sərgi açılıb.

Sərgidə 20-dən artıq Azərbaycan rəssamının 36 rəngkarlıq əsəri nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR