Bank Of Baku

Şirvanda 14 yaşlı qızı maşın vurub

Şirvanda 14 yaşlı qızı maşın vurub
# 24 aprel 2018 13:01 (UTC +04:00)

Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, şəhərin Heydər Əliyev prospektində “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Şirvan sakini Əhmədzadə Leyla Vaqif qızını vurub.

Kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.

 

Hadisə zamanı yolda hərəkətdə olan digər “Mercedes” markalı avtomobil toqquşmadan yayınmaq üçün manevr edəndə ağaca çırpılıb.

 

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR