Ukrayna və Rusiya prezidentləri arasında növbəti danışıqlar Ankarada aparıla bilər

Ukrayna və Rusiya prezidentləri arasında növbəti danışıqlar Ankarada aparıla bilər
# 27 avqust 2014 04:48 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, “YevroPravda” nəşri Ukrayna və Rusiyanın diplomatik qurumlarındakı mənbələrə istinadla yaydığı məlumatda qeyd edir ki, bu görüş Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın inauqurasiya mərasimində baş tuta bilər.

Məlumata görə, Ukrayna – Rusiya formatlı ikitərəfli və Ukrayna-Türkiyə-Rusiya üçtərəfli görüşlərin təşkil olunmasının mümkünlüyü nəzərdən keçirilir. Lakin rəsmi Kiyev və Moskva bu məlumata hələlik şərh vermir. Prezident Poroşenkonun administrasiyasının Ərdoğan tərəfindən güclü dəstəklənən bu görüşlərin keçirilməsi istiqamətində fəal çalışdığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR