5 il ərzində Azərbaycan yük avtomobillərinin istehsalı 41%-ə yaxın artacaq

5 il ərzində Azərbaycan yük avtomobillərinin istehsalı 41%-ə yaxın artacaq
# 25 sentyabr 2015 11:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn il Azərbaycanda 330 ədəd yük avtomobili istehsal olunacaq.

APA-Economics”un məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin zərfində deyilir.

Bu, 2015-ci illə müqayisədə 10 ədəd və ya 3,12% çoxdur.

2017-ci ildə ölkədə 400 ədəd yük avtomobilinin istehsal edilməsi proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 70 ədəd və ya 21,2% çoxdur. Proqnoza görə, 2018-ci ildə də ölkədə 400 ədəd yük avtomobili istehsal ediləcək.

2018-ci il ilə müqayisədə 2019-cu ildə Azərbaycanda istehsal olunan yük avtomobillərinin sayının 50 ədə və ya 12,5% artaraq 450 ədədə çatacağı gözlənilir. Ümumiyyətlə, 2015-ci il ilə müqayisədə 2019-cu ildə yük avtomobilinin istehsalında 41%-lik artım proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR