Bakıda 35-40 yaşlarında kişi başından daşla vurularaq qətlə yetirilib - FOTO - YENİLƏNİB

Bakıda 35-40 yaşlarında kişi başından daşla vurularaq qətlə yetirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 25 iyul 2014 16:18 (UTC +04:00)

Prokurorluqdan APA-ya verilən məlumata görə, 25 iyul 2014-cü il tarixdə saat 13.00 radələrində “Koroğlu” metrostansiyası yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qətlə yetirilən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Prokurorluq öldürülən şəxsin fotosunu APA-ya təqdim edib. Onu tanıyanlardan (012) 422-43-02 nömrəli telefona məlumat verilmələri xahiş olunur.

***

18.49

Bakı. Hafiz Heydərov - APA. Bakıda dəhşətli qətl törədilib.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Koroğlu” Metrostansiyası yaxınlığında yerləşən körpünün altında qeydə alınıb. Adı hələlik istintaqa məlum olmayan 35-40 yaşlarında kişi naməlum şəxs və ya şəxslər tərəfindən başına “kubik”lə vuraraq qətlə yetirilib.

Baş vermiş qətl hadisəsi ilə bağlı əməliyyat qrupu yaradılıb.

Hazırda qətlə yetirilən və hadisəni törədən şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR