Azərbaycan prezidenti Xaçmazda avtomobil yolunun tikintisinə 3,7 milyon manat ayırıb

 Azərbaycan prezidenti Xaçmazda avtomobil yolunun tikintisinə 3,7 milyon manat ayırıb
# 27 mart 2013 16:04 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “APA-Economics”in məlumatına görə, beş min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Qımılqışlaq-Mollabürhanlı avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3,7 (üç milyon yeddi yüz min) milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR