2026-cı ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 21 190,9 mln. kVt·st olub.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu dövrdə İES-lərdə 16 960 mln. kVt·st, SES-lərdə 2 767,1 mln. kVt·st, digər mənbələr üzrə isə 1 463,8 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 768,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 501,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 193,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
9 ay ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı su elektrik stansiyalarında 352,8 mln. kVt·st, külək elektrik stansiyalarında 698,4 mln. kVt·st, BMTYZ üzrə isə 10,2 mln. kVt·st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 1051,9 mln. kVt·st artımla 4 230,9 mln. kVt·st təşkil edib.
Yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 18 233,4 mln. kVt·st (İES-lərdə 15 434,8 mln. kVt·st, SES-lərdə 2 753,1 mln. kVt·st, GES-lərdə 45,5 mln. kVt·st), müstəqil elektrik stansiyaları üzrə isə 2 957,5 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 301,6 mln. kVt·st, idxalı isə 170,6 mln. kVt·st olub.