DSX rəisi Elçin Quliyev Şəmkirdə vətəndaşları qəbul edib - FOTO - VİDEO

DSX rəisi Elçin Quliyev Şəmkirdə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 21 may 2015 08:58 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən Şəmkir Sərhəd Dəstəsində vətəndaşların qəbulunu keçirib. APA-nın yerli bürosunun xəbərinə görə, Şəmkirdə sayca 3-cü olan qəbulda Samux, Qazax, Ağstafa və Şəmkir rayonundan olan 50-ə yaxın vətəndaş iştirak edib.

Qəbul zamanı vətəndaşların DSX-də xidmətə qəbul, sərhəd boyu zonada fəaliyyət göstərən fermer təsərrüfatlarının problemlərinin həll olunmasında köməkliyin göstərilməsi, tibbi yardımın göstərilməsi, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial –məişət problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.


Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.

Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və baxılmasının təşkili üçün nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR