Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 18 aprel 2015 07:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-120, Kiçik Qafqazın çaylarında 50-160, Lənkəran-Astara bölgəsi çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, aprelin 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 268 m3/s olmaqla ongünlük normanın 36 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 330 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 110 m3/s təşkil edərək ongünlük normanın 65 faizinə bərabər olub.

Aprelin 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 65, Şirvanda 12, Salyanda 18, Araz çayının Novruzlu məntəqəsində 53 sm artım, Bankədə isə 1 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 476 sm, Şirvanda 263 sm, Salyanda 205 sm, Bankədə 192 sm, Araz çayının Novruzlu məntəqəsində isə 243 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR