Bakıda ingilis dilinin tədrisi forumu keçiriləcək

Bakıda ingilis  dilinin tədrisi forumu keçiriləcək
# 18 noyabr 2015 13:48 (UTC +04:00)

Bakı-APA. Bakı Slavyan Universiteti, Qafqaz Universiteti və Təhsil Problemləri İnstitutu birlikdə noyabrın 23-də “1-ci Beynəlxalq ingilis dilinin tədrisi forumu“ keçirəcək.

Qafqaz Universitetindən APA-ya verilən məlumata görə, universitetdə keçiriləcək forumda Filippin, ABŞ və Türkiyədən iştirak edən dil mütəxəssisləri ingilis dilinin tədrisi ilə əlaqəli təcrübələri, fərqli metodları, fərdi yanaşmaları müzakirə edəcəklər.

Onlarda öz təcrübələrini forum iştirakçıları ilə paylaşacaqlar. Forum iki hissədə olacaq. Birinci hissədə ingilis dilinin tədrisi ilə əlaqədar çıxışlar olacaq, müzakirələr aparılacaq. İkinci iclasda isə Bakı şəhərindəki universitetlərin bölmə müdirləri, dövlət və xüsusi məktəblərdə ingilis dilini tədris edən müəllimlərinin iştirakı ilə dil tədrisində qarşıya çıxan problemlər qiymətləndiriləcək.

Foruma Bakı, Abşeron və Sumqayıt məktəblərindən təcrübəli müəllimlər dəvət edilərək, müzakirələrdə onların iştirakı da təmin ediləcək.

Forumun növbəti illərdə də keçirilməsi nəzərdə tutulur.

Buna bənzər forumlar 2015-2016-ci tədris ilində Qafqaz Universitetinin Pedaqoji fakültəsinin tərkibində olan digər 11 kafedra üzrə də keçiriləcək.

Forumda iştirak etmək istəyən ingilis dili müəllimləri linkdən istifadə edərək qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/a/qu.edu.az/forms/d/1efauRQ374E4lB9-z23mjeKHlqdELZTVXfPfp6NSQOhU/viewform

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR