Azərbaycanda yeni taksi xidməti yaradılır - EKSKLÜZİV

Azərbaycanda yeni taksi xidməti yaradılır - <span style="color: red;">EKSKLÜZİV
# 17 aprel 2015 09:34 (UTC +04:00)

Bakı - APA-Economics. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində yeni taksi xidməti yaradılır.

Bunu “APA-Economics”ə açıqlamasında Nəqliyyat Nazirliyinin İctmaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib.

“Nəqliyyat Nazirliyinin rəhbərliyinin təklifi ilə “Bakı Taksi Xidməti” MMC yaradılacaq. Həmin MMC Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində fəaliyyət göstərəcək. Xidmət birbaşa dövlətin nəzarətində olacaq”, - deyə N. Həsənov qeyd edib.

Nazirlik rəsmisinin sözlərinə görə, artıq MMC-nin dövlət qeydiyyatına alınması üçün müvafiq işlər aparılır: “Yaxın zamanda xidmət dövlət qeydiyyatına alınacaq. Xidmət İlk Avropa Oyunlarına qədər fəaliyyətə başlayacaq. Hazırda xidmətin binasının tikintisi üzərində də iş aparılır”.

Bununla yanaşı, o deyib ki, yeni yaradılacaq MMC-nin balansına ilkin mərhələdə yeni gətirilmiş 500 ədəd “London taksisi” veriləcək.

“Yaradılacaq xidmətin qarşısında qoyulan vəzifələrdən biri sözün əsl mənasında müştərilərə yüksək səviyyədə xidmətlərin göstərilməsidir”, - deyə N. Həsənov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR