Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək

Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
# 04 aprel 2013 07:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Maliyyə Nazirliyinin dəstəyi ilə iyunun 20-21-də Bakıda IV Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək.

Assosiasiyadan “APA-Economics”ə verilən məlumata görə, iki gün davam edəcək forumda “Qafqaz regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri”, “Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrarsığorta həlləri”, “Kənd təsərrüfatı sığortası - dövlət tənzimləmələri və bazar reallıqları”, “Tibbi sığorta - Köhnə problemlərin yeni həlləri” və “Avtomobil sığortası” panelləri üzrə müxtəlif mövzularda müzakirələr aparılacaq.

Tədbirdə Qafqaz regionunun, həmçinin Türkiyə, Mərkəzi və Cənubi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrarsığorta və broker şirkətlərinin 250-dən yuxarı yüksək struktur nümayəndələrinin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR