Vaşinqton Suriya böhranının nizamlanmasında Rusiya ilə əməkdaşlığı istisna etmir

Vaşinqton Suriya böhranının nizamlanmasında Rusiya ilə əməkdaşlığı istisna etmir
# 28 oktyabr 2015 04:31 (UTC +04:00)

Bakı-APA. ABŞ Suriyada siyasi nizamlanma və İŞİD-ə qarşı mübarizədə Rusiya ilə əməkdaşlığı istisna etmir, lakin hazırkı şəraitdə belə bir əməkdaşlığı mümkünsüz hesab edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib.

“Dövlət katibi demişkən, əgər Rusiya İŞİD-lə mübarizədə konstruktiv rol oynamaq istəyirsə biz belə danışıqların aparılmasına tam hazırıq. Bu müəyyən səviyyədə tərəfdaşlıq qurmaq imkanı yaradardı. Lakin biz buna hələ çatmamışıq”, deyə Kirbi bildirib və qeyd edib ki, ABŞ Rusiya aviasiyasının məhz İŞİD mövqelərinə zərbələr endirməsinə dair çox az məlumata malikdir. “Onlar İŞİD-lə savaşmır”, deyə Kirbi əlavə edib.

“Suriyada siyasi keçidə nail olmaq üçün əməkdaşlığın qurulmasına imkan var. Lakin biz buna səviyyəyə çatmışıqmı? Bilmirəm, mən belə deməzdim, çünki bu tip danışıqlar hələ də davam edir”, deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR