Buxarestdə gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 41-ə çatıb

Buxarestdə gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 41-ə çatıb
# 07 noyabr 2015 21:27 (UTC +04:00)

Bakı-APA. Rumıniyanın paytaxtı Buxarestdə gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 41-ə çatıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə Rumıniya səhiyyə nazirliyinin nümayəndəsi Rayed Ərafat bildirib.

Bundan əvvəl 38 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, oktyabrın 31-nə keçən gecə köhnə ayaqqabı zavodunun binasında yerləşən “Colectiv” gecə klubunda güclü yanğın baş verib. Hadisə zamanı gecə klubunda 400-dən çox adam olub. Yanğına səbəb konsert zamanı buraxılan fişənglər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR