Mərakeş XİN-in baş katibi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib - FOTO

Mərakeş XİN-in baş katibi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib - <span style="color: red;">FOTO
# 12 aprel 2013 16:35 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, gələcək əməkdaşlıq üçün geniş potensialın mövcudluğunu qeyd edib.

Ölkədə gedən proseslər, aparılan islahatlar haqda məlumat verən nazir E. Məmmədyarov regionda davamlı inkişafın təmin olunmasına əsas maneə kimi Ermənistan-Azərbaycan münaqişəsini göstərib.

Mərakeş XİN-in baş katibi ölkəsinin Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Görüşdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, bu səpkidə siyasi məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyi qeyd olunub. Bununla yanaşı, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılıq əldə ediblər.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR