Azərbaycandan Həccə VİP ziyarət ilə gedən zəvvarlar Məkkənin nüfuzlu otellərindən birində yerləşdiriləcəklər

Azərbaycandan Həccə VİP ziyarət ilə gedən zəvvarlar Məkkənin nüfuzlu otellərindən birində yerləşdiriləcəklər
# 02 sentyabr 2016 08:21 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bu il Azərbaycandan Həccə gedən zəvvarların yerləşəcəyi otellərin adları məlum olub. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, otellər zəvvarların seçdiyi ziyarət növünə görə VİP və ekonom dərəcəli otellər olaraq seçilib.

VİP ziyarət növünü seçən zəvvarlar Məkkənin tanınmış Fundukul Camal otelində yerləşiblər ki, bu, Məkkənin təmtəraqlı otellərindən hesab olunur. Nisbətən ucuz-ekonom ziyarət növünü seçənlər isə, İmaretul Hərbi otelində yerləşdirilirlər.

Qeyd edək ki, artıq zəvvarları Həccə aparacaq ilk təyyarə reysi bu gün səhər saatlarında HEydər Əliyev adına Hava Limanından yola düşüb.

Növbəti reyslərin sentyabrın 3-ü, 4-ü və 5-də həyata keçirilməsi nəzərdə tutulur.

Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedirlər. Sentyabrın 19-də zəvvarların geri dönüşü başlayacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib, daha sonra isə 1050-ə qaldırılıb. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsilə yox, nağd şəkildə QMİ-yə ödənilir. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manat bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.

Ötən il Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR