"Azərişıq" şimal-qərb bölgəsində yenidənqurma işləri aparır

"Azərişıq" şimal-qərb bölgəsində yenidənqurma işləri aparır
# 02 sentyabr 2015 11:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Azərişıq" ASC tərəfindən ölkə ərazisində elektrik enerjisinin təchizatı istiqamətində aparılan yenidənqurma işləri zamanı, ərazinin əksər hissəsinin dağlıq və dağ ətəyi ərazidə yerləşməsini nəzərə alınaraq, bu bölgəyə daha həssas yanaşılması Şimal – Qərb regionunda da ciddi şəkildə əsaslı dönüş yaradıb.

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Şimal-Qərb RETSİ üzrə son 5 ay ərzində şəbəkələrin əsaslı və cari təmiri məqsədilə xeyli işlər görülüb. İsmayıllı EŞ–in xidməti ərazisində olan 110 kv – luq “Qubaxəlilli” hava xətti ( 1,3 km ), 35 kv-luq ”Basqal” hava xətti (2,3 km), Şəki EŞ-in ərazisində 35 kv –luq hava xətti (4,1 km) , Şamaxı EŞ –in ərazisində 35 kv-luq “Çarhan” və “Meysəri” hava xətti (1,6 km) , Zaqatala EŞ –in ərazisində “Bəhmədli” hava xətti (1,05 km) yenidən qurulub. Eyni zamanda Şimal-Qərb RETSİ-nin balansında olan 10 kv-luq EVX-nin 129.2 km, 0,4 kv-luq EVX-nin 97,8 km əsaslı və cari təmir işləri aparılıb. Yenidənqurma işləri zamanı 631 ədəd 10 kv-luq, 2.261 ədəd 0,4 kv-uq yeni dayaqlar quraşdırılıb, fiziki köhnəlmiş 22460 metr uzunluğunda açıq naqillər yeni naqillərlə əvəz olunub, 13500 metr uzunluğunda kabel xətləri çəkilib.

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün ilkin mərhələdə yenidən qurulması və gücləndirilməsi tələb olunan 108 ədəd yeni, müasir tipli KTM quraşdırılıb. Artıq bunlardan 50 ədədi şəbəkəyə qoşulub. Yeni qoşulmuş KTM-lərin 0,4 kv tərəfində açıq naqillər kabellərlə, istismar müddətini keçmiş dayaqlar isə dəmir-beton və ya dəmir dayaqlarla əvəz olunur ki, bu da həmin yarımstansiyadan qidalanan əhali istehlakçılarının dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmsını təmin edir.

Elektrik enerjisi itkilərinin qarşısını almaq məqsədilə regionun xidməti ərazisində olan iri enerji tutumlu istehlakçıların köhnə sayğacları müasir elektron tipli sayğaclarla əvəz olunub. 3 mindən çox istismar müddətini keçmiş qüsurlu sayğaclar dəyişdirilib, 7500-ə yaxın istehlakçının elektrik sayğacının dövrəsi yoxlanılaraq yenidən möhürlənib. Alış yarımstansiyalarında isə alının elektrik enerjisinə daimi nəzarət etmək üçün məsafədən oxunan nəzarət sayğacları quraşdırılıb. Bildiriş təqdim olunan və ödəniş etmiş istehlakçıların sayı hər növbəti ayda əvvəlki aylara nisbətən artır ki, bu da istehlak olunmuş elektrik enerjisinin dəyərinin ödənişini maksimum həddə çatdırmaq imkanı yaradır.

Hazırda istehlakçıları fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün regionda təmir, quraşdırma və yenidənqurma işləri davam etdirilir.

Qeyd edək ki, Şimal-Qərb Regionu (Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonları) Respublikamızın 749.900 nəfər əhalinin yaşadığı, 12.700 min kvadrat km. ərazini əhatə edən, 14.386 km ötürücü elektrik verilişi xəttinə malik bir bölgəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR