"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır
# 15 iyul 2015 04:30 (UTC +04:00)

Bakı-APA. Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunları keçiriləcək.

APA-nın məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi, Ağdamın “Qarabağ” klubu bu gün ilk oyununa çıxacaq.

Mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayan Qurban Qurbanovun yetirmələri Monteneqro çempionu “Rudar” klubu ilə qarşılaşacaq.

“Qarabağ” tarixində ikinci dəfədir ki, Çempionlar Liqasında iştirak edəcək. Xatırladaq ki, ötən mövsüm ağdamlılar Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyə bacarmışdılar.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:30-da başlayacaq.

15 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsi

21:30. “Qarabağ” (Azərbaycan) – “Rudar” (Monteneqro)

Tofiq Bəhramov adına Respublika stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR