Fransada Azərbaycan Dostları Dərnəyinin fəaliyyəti bərpa olunub

Fransada Azərbaycan Dostları Dərnəyinin fəaliyyəti bərpa olunub
# 04 sentyabr 2014 14:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Fransada Azərbaycan Dostları Dərnəyi yenidən fəaliyyətə başlayıb.

Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva APA – ya açıqlamasında bildirib ki, təşkilata Fransa parlamentinin deputatı Jean François Mancelin rəhbərlik edir.

Təşkilatda sabiq nazir Raşide Dati, parlament üzvləri, senatorlar, tanınmış şəxslər, o cümlədən Azərbaycan diasporunun nümayəndələri təmsil olunur.

Qeyd edək ki, təşkilat 1998-ci ildə Fransanın Azərbaycandakı ilk səfiri Jean Perrin tərəfindən yaradılsa da, bir müddət sonra təşkilatın fəaliyyəti tamamilə zəifləyib. Bu ilin yayından təşkilat yenidən fəaliyyətini bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR