Türkiyə tatarların vəziyyətini öyrənmək üçün Krıma nümayəndə heyəti göndərəcək - FOTO

Türkiyə tatarların vəziyyətini öyrənmək üçün Krıma nümayəndə heyəti göndərəcək - <span style="color: red;">FOTO
# 15 aprel 2015 11:28 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyə Krım tatarlarının vəziyyəti ilə bağlı yarımadaya qeyri-rəsmi nümayəndə heyəti göndərmək niyyətindədir. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çİçek deyib.

C. Çiçək bildirib ki, Türkiyənin Krımda yaşayan tatarlarla sıx mədəni və tarixi əlaqələri var: “Krım tatarlarının vəziyyəti ilə bağlı narahatlıqlara son qoymaq üçün biz Krıma qeyri-rəsmi nümayəndə heyətinin göndərilməsi barədə qərar vermişik. Nümayəndə heyətimiz vəziyyəti öz gözləri ilə görmək və bütün suallara cavab tapmaq niyyətindədirlər. Krım tatarlarının başına çoxlu faciəvi hadisələr gəlib. Bəziləri öz vətənlərinə qayıda bilməyiblər. Biz bu kimi halların təkrarlanmasını istəmirik”.

TBMM sədrinin sözlərinə görə, Türkiyənin Krımdan aldığı bəzi məlumatlar narahatlıq yaradır: “Ona görə də biz Krım tatarlarının hüquqlarının pozulması və yarımadada yaşanan digər çətinliklər gündəliyə salmışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR