Şəmkir sakini özündən 20 yaş böyük həmkəndlisini qətlə yetirib

Şəmkir sakini özündən 20 yaş böyük həmkəndlisini qətlə yetirib
# 28 mart 2013 06:56 (UTC +04:00)

Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 20 yaşlı Şirin Fərman oğlu Mustafayev münaqişə zəminində 40 yaşlı həmkəndlisi Natiq Süleymanovu bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən Ş.Mustafayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR