Bakı-Dubay aviareysinə güzəştli tarif tətbiq olunub

Bakı-Dubay aviareysinə güzəştli tarif tətbiq olunub
# 12 oktyabr 2012 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Dubay-Bakı birbaşa sərnişin aviareyslərinə xüsusi güzəştli tarif tətbiq edib.

«SW Travel» turizm şirkətindən «APA-Economics»ə verilən məlumata görə, AZAL-ın Bakı-Dubay-Bakı istiqamətində həyata keçirilən uçuşlarında, «gediş-dönüş» 130 avro olmaqla yeni xüsusi güzəştli ekonom-sinif tarifləri tətbiq olunur. Bu tarif yalnız aviaşirkətin J2 015/016 reyslərinə, ilkin uçuş nöqtəsi Bakı olduqda şamil olunur. Aksiya üzrə yerlərin sayı məhdudlaşdırıla bilər. Hər sərnişin üçün baqajın pulsuz daşınma norması 2 yer (hər biri 23 kq-dan artıq olmamaq şərti ilə) təşkil edir.

Qeyd edək ki, bu qiymətə yığım və rüsumlar daxil deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR