Azərbaycanda məhbus ölüb

Azərbaycanda məhbus ölüb
# 30 aprel 2012 07:39 (UTC +04:00)
Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan bildirilib.

Hadidə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsində qeydə alınıb. Müəssisədə müalicə alan, 1963-cü il təvəllüdlü İsmayıl Ağayev xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, İ. Ağayev İrandan Azərbaycana narkotik daşıyan dəstənin üzvü olub. O, 2010-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı həbs edilib. 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Ağayev 10 il müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR