Azərbaycan paytaxtında çoxsaylı mənzil oğurluğu törədən 25 nəfərdən ibarət 10 qrup zərərsizləşdirilib

Azərbaycan paytaxtında çoxsaylı mənzil oğurluğu törədən 25 nəfərdən ibarət 10 qrup zərərsizləşdirilib
# 20 aprel 2012 07:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı şəhər Baş Polis İdarəsi bu ilin birinci rübündə paytaxtda törədilən cinayətlərin statistikasını açıqlayıb. APA-nın məlumatına görə, 2012-ci ilin 1-ci rübü ərzində Bakı şəhərində 2537 cinayət hadisəsi qeydə alınıb. Onların 2.170-i və ya 85,5%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 14,5%-i isə ağır və xüsusilə ağır cinayətlər olub. Aparılmış qabaqlayıcı profilaktiki tədbirlərin düzgün təşkili nəticəsində əvvəlki illə müqayisədə ümumi cinayətlər 134 fakt (5%), qəsdən adam öldürmələr 1 fakt (8,3%), adamöldürməyə cəhdlər 2 fakt (33,3%), quldurluqlar 9 fakt (30%), xüsusi əmlak oğurluğu 121 fakt (17,7%), o cümlədən mənzil oğurluqları 17 fakt (8,5%), nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 57 fakt (28,5%), ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 41 fakt (42,3%) azalmış, adam oğurluğu və zorlama cinayətləri isə ümumiyyətlə, qeydə alınmayıb. Ümumi cinayətlərin açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% yaxşılaşaraq 76,1%, ağır növ cinayətlərin açılması isə 12,4% yaxşılaşaraq 80,9% təşkil edib, bütövlükdə naməlum şəraitdə baş vermiş cinayətlərin 59,4%-nin (2011-ci ildə 52,9%) açılması təmin olunub.

Hesabat dövründə qeydə alınmış 645 şəxsiyyət əleyhinə cinayət hadisəsindən ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 591-nin, başqa sözlə, 94,3%-nin (2011-ci ildə 94,4%) açılması təmin olunub. Ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə qeydə alınmış 11 qəsdən adam öldürmələrin 90%-nin, 4 ölümə sui-qəsdin və 5 hədə-qorxu ilə tələb etmə cinayətlərinin hamısının (100%), qəsdən sağlamlığa ağır xəsarət yetirmələrin 89,7%-nin (ötən il 82,1%), quldurluqların 73,3%-nin (ötən il 60%), soyğunçuluqların 69%-nin (ötən il 57,1%), dövlət və ictimai bələdiyyə əmlakı oğurluqlarının 83,3%-nin (ötən il 62,5%) açılması təmin olunub, 4 soyğunçuluq və quldurluq cinayəti törətmiş 9 nəfərdən ibarət 4 qrup, eləcə də 108 mənzil oğurluğu cinayəti törətmiş 25 nəfərdən ibarət 10 qrup ifşa edilib. Qanunsuz dövriyyədən 68 kiloqramdan çox (ötən il 60 kq) narkotik vasitə çıxarılıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qanunsuz dövriyyədən 13 kiloqramdan çox güclü təsirə malik narkotik vasitələr çıxarılıb. Axtarışda olan təqsirləndirilən şəxslərin tutulması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 534 cinayətkardan 208-nin, başqa sözlə 39%-nin (2011-ci ildə 35,4%) tutulması təmin edilib, keçən ilin müvafiq dövrü ilə müqayisədə axtarış işlərinin sayı 9, qalıq isə 25 fakt azalıb.

Məlumatda həmçinin bildirilir ki, bu ilin ötən üç ayı ərzində paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb. Əməliyyat şəraiti nəzərə alınmaqla vahid dislokasiya əsasında xidmət aparan post-patrul xidməti əməkdaşları tərəfindən bu müddətdə qanunsuz keçirilməsinə cəhd göstərilən 2 aksiyanın qarşısı alınıb, şəhər miqyasında keçirilən 14 kütləvi tədbirdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı 23-dən çox keçirilən tədbir və mərasimlər zamanı nümunəvi ictimai asayiş təmin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR