BMW dərəyə düşüb, sürücü yaralanıb
27 aprel 2012 12:29 (UTC +04:00)
Siyəzən. Vəli Turan – APA. Bakı-Quba yolunda 2 avtomobilin idarəetməni itirərək aşması nəticəsində 1 nəfər yaralanıb. APA-nın şimal bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 09:30 radələrində Bakı-Quba yolunun 106-cı km-liyində qeydə alınıb.
Qəza Bakı sakini, 32 yaşlı Fərəcov Ramin Zakir oğlunun sükan arxasında yuxulaması nəticəsində baş verib. Nəticədə onun idarə etdiyi 10 US 530 dövlət nömrə nişanlı BMV markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı dərəyə düşüb. R. Fərəcov ətrafdakı insanların köməyi ilə maşından çıxarılaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Siyəzən Regional Mərkəzinə aparılıb. O, hazırda reanimasiya şöbəsində müalicə alır.
Həmin yolda digər yol-nəqliyyat hadisəsi də baş verib. Bakı istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək yolun kənarındakı xəndəyə aşıb. Nəticədə nəqliyyat vasitəsinin yük yerində olan qum dağılıb, avtomobilin özü isə yarasız vəziyyətə düşüb. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə
Bakıda avtomobil qaçıranlar saxlanılıb - VİDEO
14:23
25 may 2024
Bakıda narkokuryerlərdən 10 kq marixuana, 45 ədəd çətənə kolu aşkarlanıb
12:53
25 may 2024
FHN hava şəraiti ilə bağlı xəbərdarlıq edib
11:36
25 may 2024
Azər Fazil Mustafanı vurmaq üçün 30 min dolların az olduğunu dedi - MƏHKƏMƏ İŞİ
11:27
25 may 2024