Gürcüstan parlamentinin deputatları yenə də Azər Süleymanovu dəstəkləyiblər

Gürcüstan parlamentinin deputatları yenə də Azər Süleymanovu dəstəkləyiblər
# 27 aprel 2012 00:07 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Erməni soyqırımı”nın ildönümündən bir neçə gün keçməsinə baxmayaraq yenə də Gürcüstan paytaxtında azərbaycanlı deputat Azər Süleymanovun parlamentdə gürcü deputatı ilə mübahisəsi gündəmdədir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, gürcü deputatının “erməni soyqırımı” təklifinin müzakirə edilməsinə azərbaycanlı deputatın etirazı bəzi gürcü qeyri-hökumət təşkilatların, eyni zamanda erməni ictimaiyyətinin xoşuna gəlməyib. Məlumata görə, Tiflis şəhərindəki erməni ictimaiyyəti azərbaycanlı deputat Azər Süleymanov barədə cinayət işi qaldırmaq və onu hakim partiyadan xaric etmək barədə bəyanat yayıb. Gürcü mətbuatının yazdığına görə, parlament çoxluğunun üzvü Akaki Boboxidze bəyanata cavab olaraq bildirib ki, Azər Süleymanov parlamentdəki hərəkətinə görə üzr istəyib və bu kifayətdir: “Hesab edirəm ki, ermənilərin hiddətlənməsi düzgündür. Lakin biz təklif edərdik ki, onlar bu mövzunu başa düşsünlər”.
A.Süleymanovun partiyadan xaric edilməsinə münasibət bildirən digər parlamentin çoxluq üzvü Xatuna Oçiauri isə bildirib ki, insident başa çatıb və Azər Süleymanovun partiyadan xaric edilməsinə ehtiyac yoxdur: “Onun hərəkətini emosional fon kimi başa düşmək olar. Əgər o, bunu başa düşübsə, biz hesab edirik ki, insident bitib.”

Xatuna Oçiauri Condi Baqaturiyanın parlamentdəki çıxışına da münasibət bildirib. Onun sözlərinə görə, C. Baqaturiya parlamentdə “Gürcüstanın gələcəyi” “fraksiyası”nı təmsil edir. “Onun təxribat xarakterli çıxışı parlamentdə bizə lazım olmayan böyük çaxnaşma yaradıb, bu isə biz tərəfdən həmişə təxribat kimi qiymətləndiriləcək,”- Oçiauri qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR