İranda toyuq əti yeyən insan görüntüsünün nümayiş etdirilməsi qadağan oluna bilər

İranda toyuq əti yeyən insan görüntüsünün nümayiş   etdirilməsi qadağan oluna bilər
# 16 iyul 2012 13:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İranda toyuğun qiyməti artdığı üçün televiziyalara toyuq yeyən insan görüntülərini nümayiş etdirmək qadağan olunmalıdır”. APA-nın Böyük Britaniyada nəşr olunan “The Daily Telegraph” qəzetinə istinadən məlumatına görə, bu barədə İran hüquq-mühafizə qüvvələrinin komandanı, general İsmayıl Əhmədi Müqəddəm açıqlama verib. O bildirib ki, toyuqla bağlı görüntülərin yayımı maddi vəziyyəti yaxşı olmayan insanların varlılara hücum etməsinə səbəb ola bilər: “Bunun üçün də toyuq yeyən adam görüntüsünün yayımının qarşısı alınmalıdır. İran dövlət televiziyası əlçatmaz məhsulların göstəriləcəyi vitrin deyil”.

Qeyd edək ki, İranda toyuq ətinin qiyməti son ildə 3 dəfə artıb. Hazırda ölkədə toyuq ətinin bir kiloqramı 70 min riala satılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR